13.04.2017

Azərbaycanda bəzi ərazilərdə dolu düşəcək

Bakı və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir zəif duman, gecə və axşam isə yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, havanın temperaturu gecə 7-10° isti, gündüz 14-19°, yarımadanın bəzi yerlərində 22-24° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 751 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85%, gündüz 45-55% təşkil edəcək.

Gecə və səhər, əsasən qərb rayonlarında, gündüz isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Aprelin 14-dən 16-dək əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

10.04.2017

Azərbaycana yarım metrə yaxın qar yağdı

Azərbaycana qar yağıb.

METBUAT.info istipress-ə istinadən xəbər verir ki, qar Qubanın bir neçə dağ kəndinə düşüb. Kənd sakinlərinin bölgə müxbirinə verdiyi məlumata görə, ən çox yağıntı Xınalıq kəndində qeydə alınıb - 35 sm. Qırız da isə qarın hündürlüyü 20 sm-i keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ötən gün axşam saatlarından hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, qərb rayonlarından başlayaraq ölkə ərazisində aprelin 9-u axşam hava şəraitinin dəyişəcəyi, aprelin 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilirdi.

9.04.2017

Deyilənə görə sabah qar yağacaq – PROQNOZ

Aprelin 10-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

METBUAT.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Hava günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Havanın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

3.04.2017

Sabah Azərbaycana duman çökəcək

Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-5° isti, gündüz 10-15° isti, Bakıda gecə 3-5° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 50-55% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 4-5-də Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 6-da gündüz atmosfer təzyiqinin bir qədər enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

2.04.2017

Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-5° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 3-də arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

1.04.2017

İstirahət gününə olan hava proqnozu açıqlandı

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, aprelin 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.

31.03.2017

Aprelin ilk gününə olan hava proqnozu bəlli oldu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, havanın temperaturu gecə 3-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 1-də meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntıda qısa fasilə yaranacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

27.03.2017

Azərbaycan ərazisində sabah hava qeyri-sabit keçəcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəzlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 4-6° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

26.03.2017

Həftənin ilk iş gününə olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 18° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 27-də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin axşama doğru bəzi dağlıq rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-18°, bəzi yerlərdə 21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

25.03.2017

İstirahət günü hava yağmursuz olacaq

Martın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman, səhər çiskin olacaq, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 80-90%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

24.03.2017

Sinoptiklərdən hava müjdəsi

Martın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən METBUAT.info-ya verilən xəbərə görə, şimal-şərq küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın hərarətinin gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

22.03.2017

Sabaha olan hava proqnozu açıqlandı

Martın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən METBUAT.info-ya verilən xəbərə görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 % , gündüz 60-70%əşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

21.03.2017

Sabah hava yağışlı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 22-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.

20.03.2017

Hava şəraiti kəskin dəyişəcək – XƏBƏRDARLIQ

Martın 21-də Azərbaycan ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 3-5, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Departament xəbərdarlıq edir ki, martın 21-dən 25-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.

19.03.2017

Bayram günləri üçün hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək. Martın 21-də isə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, martın 20-də hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi cənub və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Martın 21-də rayonlarda arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

18.03.2017

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, martın 19-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər çiskin olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti gün ərzində əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

16.03.2017

Sabaha gözlənilən hava şəraiti

Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, havanın temperaturu gecə 2-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95%, gündüz 60-70% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, martın 17-18-də Abşeron yarımadasında nisbətən dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.

15.03.2017

Sabaha gözlənilən hava şəraiti

Bakı və Abşeron yarımadasında martın 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN-dən METBUAT.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 85-95%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

13.03.2017

14 Martda gözlənilən hava şəraiti

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər saatlarında çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 4-7° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

12.03.2017

Hava küləkli, dumanlı olacaq

 Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 13-də Qərb rayonlarında arabir yağış yağacağı, şərq rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.