14.04.2017

Dollar və avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 14-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 13-ü ilə müqayisədə 0,02% ucuzlaşaraq 1,7026 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8175 manatdan 1,8075 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0301 manatdan 0,0303 manatadək artıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4668 manatdan 0,4645 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1394 manatdan 2,1300 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7119 manatdan 0,7118 manatadək azalıb.









12.04.2017

Dolların aprelin 13-ə olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 13-ə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7029 manat səviyyəsində müəyyən olunub.

Bu isə dolların məzənnəsinin növbəti valyuta hərracına qədər stabil qalması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu gün isə dolların məzənnəsi 1,7029 manat olub.

Azərbaycan 4 milyard dollarlıq layihəyə imza atacaq

“SOCAR-GPC” şirkəti 2022-ci ilin I rübündə Azərbaycanda yeni neft-kimya və qaz emalı kompleksini istifadəyə verməyi planlaşdırır.

METBUAT.info “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir, bu barədə “SOCAR Polymer” şirkətinin baş maliyyə analitiki Babək Beydullayev bildirib.

“Hazırda maliyyə təsisatları ilə bu layihənin maliyyələşdirilməsinə dair danışıqlar aparılır. Müxtəlif variantlar tədqiq olunub.

Layihə çərçivəsində maliyyə sazişinin 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində imzalanacağı gözlənilir.

Müəssisənin 2022-ci ilin I rübündə istifadəyə verilməsi planlaşdırılır”, - deyə B.Beydullayev bu gün Bakıda IV Beynəlxalq “Caspian Energy Forum-2017” konfransında çıxışında vurğulayıb.

O həmçinin xatırladıb ki, layihə ümumilikdə 4 mlrd. dollar həcmində qiymətləndirilir.

B.Beydullayevin sözlərinə görə, “SOCAR-GPC” kompleksində istehsal olunacaq 50%-dək məhsulun Türkiyəyə ixracını nəzərdə tutur. “Yaxın Şərq, Çin, Avropa ölkələri məhsulların satış bazarları qismində nəzərdən keçirilir”, - deyə o əlavə edib.

Qaz emalı üzrə müəssisənin gücü illik 10 mlrd. kubmetrə yaxın təşkil edəcək.

Bu işçilərin maaşları artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na dəyişiklik edib.

METBUAT.info APA-ya istinadən xəbər verir ki, dəyişiklik Gömrük sisteminin inkişaf fondunun vəsaitinin xərclənməsi qaydası ilə bağlıdır.

İndiyə qədər Gömrük sisteminin inkişaf fonduna daxil olan vəsaitin 50%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənib.

Dəyişikliyə əsasən, bundan sonra həmin vəsaitin 60%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənəcək.

11.04.2017

Azərbaycanda dollar ucuzlaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 12-ə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-ya verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7029 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin 0,01% ucuzlaşması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu gün isə dolların məzənnəsi 1,7031 manat olub.

Sosial mənzillər üçün aylıq ödənişin məbləği açıqlandı

Azərbaycanda sosial mənzilin ipoteka ilə alınması üçün aylıq ödəniş 300 manatdan çox olmayacaq.

METBUAT.info Trend-ə istinadən xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

Onun sözlərinə görə, bu qiymət üçotaqlı mənzil üçün aylıq ödəniş olacaq.

S.Nuriyev əlavə edib ki, birotaqlı mənzillər üçün aylıq ödəniş 130-150 manat təşkil edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru bildirib ki, Bakının Yasamal rayonunda sosial mənzillərin tikintisində 20-dən çox özəl şirkət iştirak edəcək.

O qeyd edib ki, layihə 2500-dən çox adamı işlə təmin edəcək.

S.Nuriyev deyib: “Hazırda doqquzmərtəbəli binanın üçüncü mərtəbəsinin və məktəbin ikinci mərtəbəsinin tikintisi davam etdirilir. Bunlarla paralel olaraq 15 binanın tikintisi başlayıb. Bu ay biz daha yeddi binanın tikintisinə başlamağı planlaşdırırıq”.

S.Nuriyev əlavə edib ki, artıq kanalizasiya, su xətləri və elektrik xətlərinin çəkilişi icra olunur.

Azərbaycanın valyuta bazarında spekulyasiya davam edir?

“Hazırda valyuta bazarında vəziyyət sabitdir. ABŞ dollarına tələb yüksək deyil. Ötən həftənin 4-cü günü keçirilən hərracda təklif olunan valyutanın hamısı satılmamışdı.

Bu isə o deməkdir ki, banklarda həm dollar çoxdur, həm də manat qıtlığı vardır”.

Bu barədə Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.


Onun sözlərinə görə, dollar çoxluğunu yaradan səbəblər sırasında əhalinin bu valyuta növünə tələbatının azalmasını, həmçinin idxalçı subyektlərin də fəaliyyətlərinin zəifləməsini qeyd etmək olar:

“Yəni, ölkədə ümumən, iqtisadi aktivlik yox dərəcəsindədir, əhalinin alıcılıq qabiliyyəti əvvəlki illərdəki kimi deyil. Manat qıtlığına gəldikdə isə məlum olduğu kimi, Mərkəzi Bank dövriyyədən artıq nağd pul kütləsini yığışdırmaqla məşğuldur.

Bu, həm nağd hesablaşmaların məhdudlaşdırılması, həm müvafiq depozit hərraclarının keçirilməsi və sair vasitələrlə təmin edilir”.

Ekspert qeyd edib ki, yəni, ortada heç bir spekulyasiya elementləri mövcud deyildir:

“Odur ki, narahat olmağa dəyməz”, - deyə P.Heydərov sözlərinə əlavə edib.

Onun sözlərinə görə, hazırda valyuta bazarında spekulyasiya aradan qaldırılıb:

“Yeri gəlmişkən, ölkəyə dollar axını da 2015-ci ildəki və 2016-cı ilin əvvəlindəki kimi pis deyil.
Yəni, nisbətən stabil və qənaətbəxş səviyyədədir. Söhbət makroiqtisadi sabitlik baxımdan gedir. Belə ki, dövlət büdcəsində xaricə satdığımız neftin 1 barelinin qiyməti 40 dollardan götürülüb, ancaq artıq o, xeyli müddətdir ki, 50-dən yuxarı səviyyədədir.



Ümumiyyətlə, hesab edirəm ki, həm yuxarıda qeyd olunan amillər, həm də AMB-in bu ilin yanvarın 12-dən valyuta hərraclarının keçirilməsi qaydalarını növbəti dəfə dəyişdirməsi, yəni, onu daha yeni formaya doğru təkmilləşdirməsi, xüsusən də kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanı ləğv etməsi və bununla da manatın “tam üzən məzənnə” rejiminə keçidini təmin etməsi baxımından, valyuta alqı-satqısı prosesi əhəmiyyətli dərəcədə stabilləşmiş və normal məcraya düşmüşdür.

Xatırladım ki, -/+4-lik marjanı ləğv etməyin zəruriliyi mətbuatda ilk dəfə mən irəli sürmüşdüm.
“Qara bazar”ın aradan götürülməsində bunun böyük rolu oldu. Spekulyasiya elementlərini əslində bu, aradan qaldırdı.

Bu mənada, valyuta mübadiləsində banklar ilə əhalinin birbaşa ünsiyyəti şəraitində narahatlığa heç bir əsas yoxdur”.

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 11-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 10-u ilə müqayisədə dəyişməyərək 1,7031 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8029 manatdan 1,8033 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0296 manatdan 0,0299 manatadək artıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4568 manatdan 0,4566 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1096 manatdan 2,1152 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7074 manatdan 0,7046 manatadək azalıb.













Dolların 2,40-2,60 manat olacağına dair gözləntilər azalıb – PROQNOZ

Son 2 ayda dollar manat qarşısında dəyərdən düşür. Bu ilin 1 fevral tarixində 1,92 manat səviyyəsinə qalxan dollar/manat rəsmi məzənnəsi bu gün 1,7031 manata düşüb. Banklar artıq dolları 1,65 manata satır. Bəs manat daha da güclənə bilər?

METBUAT.info “Marja”ya istinadən xəbər verir ki, son trendlər manatın xeyrinədir. Müsbət meyillər aşağıdakılardır:

- Bu ilin üç ayında ticarət dövriyyəsi 15% artıb, ixrac idxalı üstələyib və 1 milyard dollar ətrafında müsbət saldo yaranıb. İxrac təxminən 50%, qeyri-neft ixracımız təqribən 10% ətrafında artıb, idxal isə 17% azalıb.

- 2016-cı ildə 2015-ci illə müqayisədə tədiyə balansının kəsiri 21 dəfə azalaraq 539,2 milyon dollara düşüb. Bu il tədiyə balansında profisit yarana bilər.

- Neft qiymətləri 50 dolların üzərində qalır. İlin ortalarında Brent neftinin barelinin qiymətinin 60 dollara qalxacağı gözlənilir.

- Bu ilin 3 ayı ərzində valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artaraq 38,5 milyard dollara çatıb. Mərkəzi Bankın da valyuta ehtiyatları artır.

- Mərkəzi Bankın sərt pul siyasəti təsirli olub. Depozit hərracları və notların emissiyası yolu ilə dövriyyədəki manat kütləsi azaldılıb.

- Əhalinin ehtiyatında 2015-ci ildə olduğu qədər dolar alışına yönəldə biləcəyi vəsait yoxdur. Amerika valyutasının 2 manat səviyyəsini keçə bilməməsi dolların 2,40-2,60 manat olacağı barədə gözləntiləri azaldıb.

- Bu ilin ilk rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4% artıb.

- Ölkəmizə turist axını çoxalıb, bu da bazara valyutanın daxil olması deməkdir. Bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərləri 25% artıb.

- Bank sektoru stabilləşib.

Bütün bu müsbət meyillərin daha da güclənəcəyi, digər iqtisadi proseslərin də manatın xeyrinə inkişaf edəcəyi gözlənilir.

10.04.2017

Dolların aprelin 11-ə olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 11-ə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-ya verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7031 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin stabil qalması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu gün isə dolların məzənnəsi 1,7031 manat olub.

Azərbaycan prezidenti: Valyuta ehtiyatlarımız 1 milyard dollar artıb

“2017-ci ilin 1-ci rübündə Azərbaycanın valyuta ehtiyatları təxminən 1 milyard dollar artıb”.

METBUAT.info “Marja”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısının sözlərinə görə, cəmi valyuta ehtiyatlarımız 38,5 milyard dollara yüksəlib. Bu xarici dövlət borcumuzdan 5 dəfə çoxdur.

“Bu il Azərbaycanın ticarət dövriyyəsi 15%, ixrac 50%, qeyri-neft ixracı isə 10% artıb, idxal isə 17% azalıb. İdxalın azalması, ixracın isə artması iqtisadi sabitliyimizi təmin edir. Xarici ticarət saldosu isə 1 milyard dollar səviyyəsindədir. Bu göstəricilər iqtisadi inkişafımızı aydın əks etdirir”, - deyə İlham Əliyev bildirib.

9.04.2017

Dolların bu günə olan – MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-ya verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7031 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin stabil qalması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu.

3.04.2017

Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 4-ə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-ya verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7244 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin növbəti valyuta hərracına qədər stabil saxlanılması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu gün də dolların məzənnəsi 1,7244 manat olub.

Valyuta hərracı ilə bağlı açıqlama

METBUAT.info xəbər verir ki, Dövlət Neft Fondu (SOFAZ) mart ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

Fonddan Oxu.Az-a verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 250 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Xatırladaq ki, Neft Fondu yanvar-fevral ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 543,4 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 3 ayı ərzində SOFAZ tərəfindən hərraclarda satılan valyutanın həcmi 784,4 mln. dollar təşkil edib.

Qeyd edək ki, APA-nın məlumatına görə, 2016-cı ildə keçirilən valyuta hərraclarında Neft Fondu 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 3-nə olan məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi martın 31-i müqayisədə dəyişməyərək 1,7244 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8407 manatdan 1,8417 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0307 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,4720 manatdan 0,4747 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1517 manatdan 2,1628 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi 0,7047 manatdan 0,7163 manatadək artım nümayiş etdirib.

31.03.2017

Dolların növbəti üç günə olan məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 3-ə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-ya verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7244 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin stabil saxlanılması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu gün də dolların məzənnəsi 1,7244 manat olub.

Banklar dollar və avronu neçəyə satır? – SİYAHI

METBUAT.info martın 31-i Azərbaycan banklarında, eləcə də ölkənin milli poçt operatoru olan “Azərpoçt”da dollar və avronun alış-satış qiymətlərini təqdim edir:








30.03.2017

Tanınmış iqtisadçıdan manatla bağlı proqnoz

“Öncədən proqnozlaşdırdığımız kimi, martın sonundan etibarən dollara tələbin artması müşahidə edilməkdədir.

Bu özünü dünənki rəsmi məzənnədə və eləcə də bu gün hərracın nəticələrində göstərdi. Son 2 gündə valyuta bazarında dolların manata qarşı məzənnəsi cüzi olsa da bahalaşıb. Bu da banklarda dollar satışının artması ilə əlaqədardır”.

METBUAT.info Oxu.az-a istinadən xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

“Banklarda dollara olan tələb birbaşa hərrac məzənnəsinə və eləcə də rəsmi məzənnəyə təsir göstərməkdədir. Qeyd edək ki, bir sıra kommersiya bankları da dolların alış məzənnəsini artıq artırıblar.

Aprel ayında dövlət büdcəsinin investisiya istiqamətində xərcləmələr olacaqsa, o zaman dollara tələbin artması davam edəcək. Bütövlükdə, gələn aydan etibarən idxalın həcmində və eləcə də büdcə xərcləmələrində atımlar gözlənilir. Bu isə xarici valyutaya tələbin artmasının davam etməsinə səbəb ola bilər.

Aydındır ki, Azərbaycan Mərkəzi Bankı (AMB) hərraclar vasitəsi ilə tələbi ödəməklə məzənnəyə təsir imkanlarını qoruyub saxlayır. Amma o da görsənir ki, AMB bu ilin yanvar ayından etibarən valyuta bazarının məzənnəyə təsir imkanlarını artırmaqla bazar kursunu formalaşdırmağa çalışır. Bununla belə, hələlik manatın öz bazar dəyərini aldığını söyləmək mümkün deyil”.

Sabah dollar neçəyə olacaq? – MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 31-ə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-ya verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7244 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin daha 0,03% bahalaşması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu gün də dolların məzənnəsi 1,7238 manat olub.

“Petkim”in TOP-menecerlərinin illik maaşı 1,4 milyon manatı ötür

Petkim Petrokimya Holding A.Ş.”-nin (“Petkim”) TOP-menecerlərinə ödənilən aylıq məvacibin məbləği açıqlanıb.

METBUAT.info-nun məlumatına görə, APA şirkətin yaydığı hesabata istinadən xəbər verir ki, bu ilin martın 29-da “Petkim”in İdarə Heyətinin iclasında İdarə Heyəti üzvlərinin hər birinə ayda 27500 lirə (Azərbaycan Mərkəzi Bankının bugünkü rəsmi məzənnəsinə əsasən 12947 manat - red.) məbləğində məvacibin ödənilməsi səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, “Petkim”in İdarə Heyətinin 9 üzvü var. İdarə Heyətinin sədri Vaqif Əliyevdir (SOCAR-ın Sərmayələr İdarəsinin rəisi).

Onun müavini isə SOCAR-ın vitse-prezidenti David Məmmədovdur. İdarə Heyətinin digər üzvləri isə bunlardır: “Mehmet Bostan, Fərrux Qasımov, Ertuğrul Altın, İlhami Özşahin, Süleyman Qasımov (SOCAR-ın vitse-prezidenti), Tevfik Bilgin, Mehmet Ceylan.

Beləliklə, İdarə Heyətinin üzvlərinə ümumilikdə ay ərzində 247500 lirə (116 min 968 manat), il ərzində isə 2 mln. 970 min lirə (1 mln. 403 min 622 manat) ödənilir.

Xatırladaq ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan “Petkim”də nəzarət-səhm paketinə malik olmaq üçün “SOCAR Türkiyə Enerji A.Ş.” vasitəsilə strateji investisiya yatırıb.

Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb.

2010-cu ildə “SOCAR Türkiyə Enerji A.Ş.” “Petkim” obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir.

Hesablamalara uyğun olaraq, bu zavod “Petkim”in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.