6.09.2017

Putin: "Onlar ot yeyərlər, amma bunu etməzlər"

Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasında (KXDR) nüvə silahının mövcudluğunu təsdiq edib.

METBUAT.info xəbər verir ki, Putin bu haqda Çinin Syamen şəhərində BRİKS sammitinin nəticəsinə görə keçirilən mətbuat konfransında bildirib.
“Biz bilirik ki, Şimali Koreyanın əlində nüvə yükü var. Şimali Koreyada yalnız orta mənzilli raketləri deyil, həm də uzaqvuran artilleriya və reaktiv yaylım atəş sistemləri var. Silahın bu sistemlərinə qarşı ümumiyyətlə raket əleyhinə texnikanın tətbiqi mənasızdır”, - Rusiya dövlətinin başçısı deyib.

Vladimir Putin həmçinin vurğulayıb ki, Moskva KXDR-in nüvə sınaqlarını fitnəkar hesab edir.
Amma, onun sözlərinə görə, istənilən növ sanksiyalardan istifadə faydasız və effektsizdir.

“Şimali Koreyada ot yeyərlər, amma nüvə sıınaqlarından imtina etməzlər”, - Putin vurğulayıb.
Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen hərbi yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub.

Yaponiyada yükün gücünü 70 kiloton qiymətləndirib. Bu, 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarının gücündən bir neçə dəfə çoxdur.

Eyni zamanda, Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Pxenyan ballistik raketin növbəti sınağına hazırlaşır.

a>