20.09.2017

"Palmali" "Lukoil"dan 2 milyard dollar təzminat istəyir

Xəzər dənizində ən böyük daşıyıcı şirkətlərdən biri olan "Palmali", müqavilə qaydalarını pozduğu üçün "Litasco" şirkətinə qarşı məhkəmədə 2 milyard dollarlıq təzminat iddiası qaldırıb.

"Palmali" Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən "Palmali Dənizçilik", Rusiyanın neft şirkəti "Lukoil"ə bağlı "Litasco" şirkətini beynəlxalq arenada məhkəməyə verib. "Lukoil" əslən azərbaycanlı milyarder Vahid Ələkbərova məxsusdur.

METBUAT.info Marja-ya istinadən xəbər verir ki, Türkiyə və Azərbaycan vətəndaşlığına sahib olan iş adamı Mübariz Mənsimova aid olan "Palmali Dənizçilik" London Yüksək Məhkəməsinə müraciət edib.

Şirkət London Yüksək Məhkəməsinə müraciətində "Litasco" şirkətinin bağladığı müqaviləyə əməl etmədiyini, daşıma mövzusunda "Litasco"nun pozuntuları olduğunu iddia edərək, 2 milyard dollar təzminat tələb edib.

"Lukoil" isə iddia ilə əlaqədar açıqlama verməyib. "Lukoil" və "Palmali Dənizçilik" bu ilin aprel ayında, 10 illik neft və neft məhsulları daşımalarını reallaşdırmaq üçün müqavilə imzalayıb. "Palmali Dənizçilik" "Lukoil"in çıxardığı xam neft və neft məhsullarının daşınmasını da həyata keçirirdi.

a>