21.09.2017

"iPhone X"-in baha olmasının səbəbi açıqlandı

"Apple" korporasiyasının rəhbəri Tim Kuk "iPhone X" smartfonunun qiymətinin 1000 dollar olmasını məqbul hesab edir.

METBUAT.info lent.az-a istinadən xəbər verir ki, bu barədə o, ABC telekanalındakı teleşouda bildirib.

“Bu, sizin əldə etdiyiniz texnologiya üçün məqbul qiymətdir”, - deyə Kuk qeyd edib. O deyib ki, bir çoxları telefonun dəyərini dərhal ödəmirlər və tədricən ödəniş edirlər. Bundan başqa, bir çox alıcılar öncədən istifadə etdikləri smartfonu satır, satıcılar isə onlara endirimlər edirlər.

Kuk “iPhone X”-dəki “Face İD” təhlükəsizliyindən də danışıb. O bildirib ki, bütün məlumatlar ancaq cihazın özündə saxlanılır və “Touch İD”-də olduğu kimi heç yerə yüklənmir.

Qeyd edək ki, “iPhone X” smartfonu Rusiya və digər ölkələrdə noyabrın 3-də satışa çıxarılacaq. Oktyabrın 27-dən isə bu smartfona sifarişlərin qəbuluna başlanılacaq. Onun qiyməti 79 990 rubl və ya 2 333 manatdan başlayacaq.

a>