26.09.2017

Çində “WhatsApp” bloklandı

Çin hökuməti “WhatsApp” messencerini ölkədə bloklayıb.

METBUAT.info-nun Qafqazinfo-ya istinadən xəbərinə görə, bundan öncə ölkədə xidmətin funksiyaları - şəkillərin və digər faylların, eləcə də, səsli ismarıcın göndərilməsi müvəqqəti məhdudlaşdırılmışdı. Lakin bu gün “WhatsApp” bloklanıb.

Qeyd edək ki, Çində “Facebook” (2009-cu ildən) və “Instagram” da işləmir.

a>