26.09.2017

Çempionlar Liqasında II tura start verilir

Bu gün keçiriləcək 8 qarşılaşma ilə futbol üzrə Çempionlar Liqasında II tura start veriləcək.

METBUAT.info -nun məlumatına görə, ilk gününün oyunları "E" və "H" qruplarını əhatə edəcək.

Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Avropanın ən nüfuzlu klub turnirinin debütantı OLAN Almaniya "Leyptsiq"ini qəbul edəcək. İlk turda "qara qartallar" Portuqaliyada "Portu"nu 3:1 hesabı ilə yenib, rəqib komanda isə Fransa "Monako"su ilə heç-heçə edib - 1:1.

Bu qrupda 2003-2004-cü illər mövsümünün finalçıları "Monako" ilə "Portu" arasındakı görüş də diqqət mərkəzində olacaq.

Yarışın son qalibi İspaniya "Real Madrid"i Almaniyanın Dortmund şəhərində "Borussiya"nın qonağı olacaq. İlk turda "Real Madrid" Kipr APOEL-ini 3:0 hesablı məğlubiyyətə uğradıb, "Borussiya" isə İngiltərədə "Tottenhem"ə uduzub - 1:3.

Çempionlar Liqası, II tur

26 sentyabr

E qrupu

"Sevilya" (İspaniya) - "Maribor" (Sloveniya)

"Spartak" (Moskva, Rusiya) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Spartak", "Liverpul", "Maribor", "Sevilya" - hamısı 1.

F qrupu

"Napoli" (İtaliya) - "Feyenoord" (Hollandiya)

"Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna)

Xal durumu: "Şaxtyor", "Mançester Siti" - hər ikisi 3, "Feyenoord", "Napoli" - hər ikisi 0.

G qrupu

"Beşiktaş" (Türkiyə) - "Leyptsiq" (Almaniya)

"Monako" (Fransa) - "Porto" (Portuqaliya)

Xal durumu: "Beşiktaş" - 3, "Monako", "Leyptsiq" - hər ikisi 1, "Porto" - 0.

H qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Real Madrid" (İspaniya)

APOEL (Kipr) - "Tottenhem" (İngiltərə)

Xal durumu: "Real Madrid", "Tottenhem" - hər ikisi 3, APOEL, "Borussiya" - hər ikisi 0.

Qeyd edək ki, turun qalan oyunları sentyabrın 27-də keçiriləcək.

a>