23.09.2017

Bakıda qardaş bacısını bıçaqladı

Bakının Nizami rayonunda döyülmə hadisəsi baş verib.

METBUAT.info xəbər verir ki, 1973-cü il təvəllüdlü Soltanova Rübabə Əkbər qızı 8-ci kilometr qəsəbəsi, 74 saylı qazanxananın yataqxanasında qardaşı ilə mübahisə edib.

Mübahisə zamanı qadın döyülüb və o, əlindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır.

Hazırda hadisəni törədən şəxs saxlanılıb.

a>