25.09.2017

12 yaşında zorlanan qız: "Ayaqyolunda mənə təcavüz etdi" (VİDEO)

ARB TV-nin Düz bazar verilişində zorlanan qadınlar danışdırılıb.

METBUAT.info -nun məlumatına görə, onlardan biri Samirə adlı xanım olub. Onun sözlərinə görə 12 yaşı olanda zorlanıb: "Orta məktəbdə oxuyurdum. Məktəbin ayaqyolunda oğlan mənə təcavüz etdi. Bu hadisədən sonra mənim gözümün içinə baxa bilmirdi. Özünü elə aparırdı ki, guya belə bir hadisə heç olmayıb. 1 həftə sonra bu hadisəni anama danışdım. Anam məni evdən qovdu və bir müddət xalamın evində qaldım. Sonra anam pis olub məni evə çağırdı. Heç bior oğlanla münasibət qura bilmirəm. O hadisə ağlıma gəlirdi deyə heç bir oğlana inanmıram".

Aytənin anası Esmira xanım isə qızının zorlandığını eşidəndə əksinə, ona ana qucağını açıb: "12 yaşlı qızın təcavüzə uğraması çox ağır dərddir. Bu hadisə qızımı dərindən yaraladı. Heç bir valideynə bu dərdi arzulamıram. Hadisəni eşidən kimi polisə müraciət etdik. Bizə çox köməklik etdilər. Qızım indi ətrafdan çox uzaqdı. Onun həyata baxışı çox dəyişib. Hamıdan ehtiyyat edir. Hər kəsdən qorxur".


a>