30.08.2017

Ərdoğanın Azərbaycana səfərinin təxirə düşməsinin səbəbi məlum olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxirə düşməsinin səbəbi məlum olub.

METBUAT.info APA-ya istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral səfərin təxirə salınmasının iş proqramı ilə bağlı olduğunu açıqlayıb.

Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.

a>