10.04.2017

Zaur Baxşəliyev: Efir boş şeydir – VİDEO

ATV-nin aparıcısı Zaur Baxşəliyev bu gün səhər saatlarında Bakının “Nəriman Nərimanov” metro stansiyası yaxınlığından “28 May”a qədər şəhəri piyada gəzintiyə çıxıb.

METBUAT.info xəbər verir ki, teleaparıcı həmin videogörüntünü sosial şəbəkədə paylaşıb.(oxu.az)

“Bəlkə 100-200 avtomobil yanımdan siqnal verib keçir. Heç biri saxlayıb soruşmur ki, sən niyə piyadasan, bəlkə nəsə lazımdır, səni aparaq? Görün efirdə, gündəmdə olmasam, necə davranarlar. İnsanlar tamam yaddan çıxararlar. Ona görə də tez-tez yeriyirəm ki, Zaur, göylə uçma, bir gün qanadın qırılar, yerə çırpılarsan. Efir boş şeydir”, - deyə o bildirib.