3.04.2017

Yol polisinin və kameranın qarşısında qayda pozdu – VİDEO

Aprelin 1-i Bakının Mikayıl Müşfiq küçəsində (TQDK-nin yaxınlığında) hərəkətdə olan 10-NM-501 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü YPX əməkdaşının gözü qarşısında qoşa xətti tapdalayaraq əks istiqamətə çıxıb və işıqforun qadağanedici işığında hərəkət edib.

METBUAT.info xəbər verir ki, onun bu hərəkəti Avtosfer.az-ın kamerasına tuş gəlib.

Eyni tarixdə Akademik Həsən Əliyev küçəsində 90-HS-643 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü hərəkətə başlayan zaman arxadan gələn avtomobilə yol verməyib. Bu azmış kimi tam olaraq əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.

Bu görüntülərə görə onların hər ikisini 100 manat və 4 bal cərimə gozləyir.