1.04.2017

Xoruldamağın təbii yollarla müalicəsi

Xoruldamaq əksər insanlarada yatan zaman xoşagəlməyən gur səsin olmasıdır. Bu həm xoruldayan adamın, həm də onun yaxınlığında yatan adamın problemi sayılır.

METBUAT.info immunitet.az-a istinadən bildirir ki, xoruldamaq zərərsizdir və əksər hallarda burun yollarının tutulması səbəbində ağız vasitəsilə nəfəs aldıqda meydana çıxır.
Xoruldamaqdan azad olmaq üçün aşağıdakılara əməl etmək lazımdır:

* yab btərəfi üstündə yatmaq
* arıqlamaq
* spirtli içki qəbul etməmək
* əlaməti əmələ gətirən səbəbi həkimin müayinsi vasitəsilə araşdırıb aradan qaldırmaq.
Yatmazdan əvvəl uzun müddət aşağıdakı qarışımı içsəniz xoruldamaqdan xilas ola bilərsiniz.

Lazım olanlar:
Alma - 2 ədəd
Yerkökü - 2 ədəd
Limon - ¼ ədəd
Zəncəfil kökü - 1 ədəd
Tərəvəzlərin hamısı blenderdə üyüdülür və yatmazdan əvvəl qəbul edilir.