9.04.2017

Türkiyədə hava şarı yerə çırpılıb: Ölən və yaralananlar var

Türkiyədə turistlərin olduğu hava şarı yerə çırpılıb.

METBUAT.info-nun məlumata görə, Kapadokyada küləyin təsiri ilə hava şarı yüksək gərginlikli elektrik xəttinə çırpılıb, daha sonra yerə düşüb.

Nəticədə 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.