11.04.2017

Türkiyədə güclü partlayış olub – FOTO

Türkiyənin cənubi-şərqində Diyarbəkir şəhərinin Bağlar rayonunda güclü partlayış olub.

METBUAT.info xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Bir neçə nəfərin yaralandığı haqqında məlumat yayılıb. Hadisə haqqında rəsmi açıqlama hələlik yoxdur.

Diyarbəkir vilayətində Türkiyədə qadağan edilmiş Kürdistan Fəhlə Partiyası fəaliyyət göstərir. Bu partiyaya qarşı Türkiyənin təhlükəsizlik xidməti dəfələrlə terror əleyhinə əməliyyatlar keçirib.