11.04.2017

Türkiyədə 30 jurnalist ömürlük həbs edilə bilər

İstanbul prokurorluğu “Zaman” qəzetinin 30 əməkdaşına qarşı ittiham irəli sürüb. İttihamda onların ömürlük həbsi tələb edilir.

METBUAT.info haqqin.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, ittihamnamə artıq məhkəməyə təqdim edilib, məhkəmə prosesinin başlanmasına dair 15 gün ərzində qərar qəbul edilib.

Qəzet əməkdaşları, o cümlədən də rəhbərlik və jurnalistlər, keçən ilin iyulunda dövlət çevrilişinə cəhddə, terror təşkilatının üzvü olmaqda, dövlət işçilərini öz vəzifələrini yerinə yetirməkdə mane olmaqda ittiham edilirlər.

a>