12.04.2017

Tramp: Biz Suriyaya hücum etməyəcəyik

Vaşinqton Suriya münaqişəsində iştirakını genişləndirmək niyyətində deyil.

METBUAT.info TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox Business” teleşirkətinə verdiyi müsahibədə bildirib.

“Biz Suriyaya getməyəcəyik”, - o deyib. Bununla yanaşı, amerikalı lider ABŞ-ın Suriyada hansı addımları atmayacağını da dəqiqləşdirməyib.

Onun əmri ilə Suriyanın Homs vilayətində yerləşən aviabazaya endirilən zərbələri şərh edərkən Tramp, ABŞ-ın hələ əvvəlki prezident Barak Obama administrasiyasının bu qəbildən addımları atmalı olduğunu bildirib.

Tramp, həmçinin iddia edir ki, Suriyada kimyəvi silah da tətbiq edilib. Onun sözlərinə görə, Suriya daha öncə bu silahdan istifadə etməməyə dair razılıq vermişdi. Amma amerikalı lider bu vədin pozulduğunu deyib.

a>