3.04.2017

Toy karvanındakı “Niva”lardan təhlükəli hərəkətlər – VİDEO

Sosial şəbəkələrdə blogger Bilal Nuriyevin paylaşdığı video müzakirə obyekti olub.

METBUAT.info Avtosfer.Az-a istinadla xəbər verir ki, görüntülərdə bəy-gəlin avtomobilini müşayiət edən “Niva” sürücüləri zolaqlar üzrə düzgün yerləşməyərək müxtəlif təhlükəli manevrlər edərək qəza vəziyyəti yaradır, özlərini və sərnişinləri təhlükəyə atırlar. Eyni zamanda bütün yolu tutaraq hərəkətə maneə törədirlər. Avtomobillərin bir çoxu isə müxtəlif sayrışan işıqlar, əlavə avadanlıqlarla təchiz olunub.

Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl yol polisinin bu barədə xüsusi xəbərdarlıq etməsinə baxmayaraq, belə halların qarşısını almaq mümkün olmayıb.

Həmin görüntüləri təqdim edirik: