1.04.2017

Tənha insanlar soyuqdəyməni daha ağır keçirirlər

Amerikalı alimlər müəyyən ediblər ki, tənha insanlar daha çox soyuqdəymədən əziyyət çəkirlər.

METBUAT.info xəbər verir ki, Health Psychology jurnalında dərc edilən tədqiqatların nəticələrinə görə, tənhalıq tibbi göstəricilərə yox, pasiyentin öz xəstəliyini subyektiv anlamasına təsir edir.

ABŞ-dan olan bir qrup alim 18-55 yaş arasında 159 insan üzərində tədqiqat aparıblar. Könüllüləri soyuqdəyməyə səbəb olan rinovirusa yoluxduraraq beş gün müddətinə hoteldə karantində saxlayıblar. Bütün bu vaxt ərzində alimlər onların fiziki və psixoloji vəziyyətlərini müşahidə ediblər.

Alimlər belə qənaətə gəliblər ki, özlərini tənha hiss edən insanlar xəstəlik zamanı daha çox ağrılardan şikayətləniblər.

Tədqiqatçılar həkimlərə soyuqdəymə zamanı xəstənin psixoloji vəziyyətinə də diqqət yetirməyi məsləhət görüblər.