3.04.2017

Sankt-Peterburq metrosundakı partlayış terror aktıdır – VİDEO

Sankt-Peterburq metrosunda baş verən partlayışı terror aktı hesab etmək olar, bütün əlamətlər buna dəlalət edir.

METBUAT.info xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov bildirib.

“Çox güman ki, bu terror aktıdır, hər şey buna dəlalət edir, xüsusilə də partlayıcı qurğunun məhv etmə amili”, - o deyib. (oxu.az)