3.04.2017

Putin: Metroda partlayışla əlaqədar bütün versiyalar nəzərdən keçirilir

Sankt-Peterburq metrosundakı partlayışın səbəbləri hələlik məlum deyil, bütün versiyalar, o cümlədən məişət və terror aktı nəzərdən keçirilir. 

METBUAT.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Putin bildirib ki, Sankt-Peterburqda metroda partlayışla əlaqədar xüsusi xidmətlərdən hesabatlar alınıb.