10.04.2017

Putin Bakı arxiyepiskopunu mükafatlandırdı

Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Bakı arxiyepiskopu Aleksandr İşeini “Dostluq” ordeni ilə təltif edib.

METBUAT.info-nun məlumatına görə, müvafiq fərman Rusiya rəsmi hüquq informasiya portalında yerləşdirilib.

Bildirilir ki, arxiyepiskop Azərbaycanda Rus diasporunu dəstəklədiyi üçün təltif olunub.