10.04.2017

Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı iclası giriş nitqi ilə açıb.

Bu barədə METBUAT.info dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Sonra müdafiə sənayesi naziri Yavər Camalov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev çıxış etdilər.

Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.

a>