10.04.2017

Patruşev Bakıdadır

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev bazar ertəsi Bakıya gəlib.

METBUAT.info xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən “İnterfaks” məlumat yayıb.

“Bakıda Nikolay Patruşev təhlükəsizlik məsələləri üzrə Rusiya-Azərbaycan məsləhətləşməsi keçirəcək”, - Rusiya TŞ-dən bildiriblər.