14.04.2017

Nyu-Yorkda “Trump Tower”in binasında 25 etirazçı saxlanılıb

Nyu-York polisi “Trump Tower”in binası qarşısında ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanına etiraz edən 25 nümayişçini saxlayıb.

METBUAT.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, etirazçılar liftin qarşısındakı vestibüldə əyləşərək “Qadağaya yox, dövrələmələrə yox, divarlara yox” şüarlarını səsləndiriblər. Təhlükəsizlik xidməti binanın girişini bağlamaq məcburiyyətində qalıb.

Martın 6-da Tramp Şimali Afrikanın və Yaxın Şərqin əhalisi müsəlman olan 6 ölkəsindən ABŞ-a girişi müvəqqəti olaraq qadağan edib. Amerika rəhbərliyi hesab edir ki, bu ölkələr terrorçulara “kömək edir” və ya terrorçular həmin dövlətlərin ərazisində sığınacaq tapıblar.

a>