12.04.2017

Nazarbayev latın əlifbasına keçirilməsinə dair göstəriş verib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə hökumətinə qazax əlifbasının latın əlifbasına keçirilməsinə dair göstəriş verib.

METBUAT.info İnterfaks-a istinadən xəbər verir ki, bu barədə “Yegemen Kazaxstan” (Müstəqil Qazaxıstan) qəzetində dərc edilən məlumatda deyilir:

“Biz hazırlıq işlərinə başlayacağıq. Hökumət qazax dilinin latın əlifbasına keçidinin cədvəlini tərtib etməlidir”.

“2017-ci ilin sonuna qədər alimlərlə və ictimaiyyət nümayəndələri ilə konsultasiyalardan sonra latın qrafikalı yeni qazax əlifbasının vahid standartları hazırlanmalıdır”, - dövlət başçısı bildirib.

“2018-ci ildən yeni əlifbanı tədris edəcək mütəxəssislər və orta məktəb üçün dərsliklər hazırlanmalıdır. Yaxın iki ildə təşkilati və metodik işlər aparmaq lazımdır”, - dövlət başçısı əlavə edib.

Bununla yanaşı, Nazarbayev bildirib ki, ilk zamanlar latın əlifbası ilə kiril əlifbası da istifadə ediləcək.