3.04.2017

Nazarbayev “Heydər Əliyev” ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

METBUAT.info-nun məlumatına görə, sənədə əsasən Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev “Heydər Əliyev” ordeni ilə təltif edilib.