9.04.2017

Müğənni Fədayə Laçın 40 illik arzusuna çatıb.

METBUAT.info axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "10-dan sonra" verilişində deyib.
O bildirib ki, uzun illərdən sonra xalq artisti Zeynəb Xanlarova ilə görüşə bilib:

"Uşaqlıqdan içimdə bir həsrət var idi ki, Zeynəb Xanlarovanı yaxından görüm. Onu görmək, qarşısında mahnı oxumaq eşqi ilə ürəyim çırpınırdı. Bir dövlət tədbirinə dəvət aldım, 40 ildən sonra onu görə bildim. Onun qarşısında mahnı da oxudum. Repertuarımda onun mahnıları da var. Məclisdə mən canlı oxumaq istədim, amma icazə vermədilər. İki fonoqramla mahnı oxudum, prodüser yaxınlaşıb dedi, Zeynəb xanım davam etməyini istəyir. Mən də onun mahnılarını canlı səsləndirdim".


a>