10.04.2017

“Maşın bazarı”nda qiymətlər sürətlə bahalaşır – VİDEO

“Maşın bazarı”nda qiymətlərdə ciddi yüksəlmə müşahidə olunur. Alıcı marağı yüksək olsa da, qiymətlərin bahalaşması onlara seçim etməkdə çətinlik yaradır. Ən çox tələbat isə ikinci əl avtomobillərədir.

METBUAT.info Xəzər Tv-yə istinadən xəbər verir ki, paytaxtın “Maşın bazarı”nda bu həftəsonu canlanma yaşanıb.

Bazarda avtomobil almaq üçün gələnlər çox olsa da, qiymətlərin bahalaşması səbəbindən arzuladıqları avtomobilləri tapmaqda çətinlik çəkdiklərini deyirlər. Alıcılar da qiymət artımının min manatdan daha çox olduğunu deyirlər.

Bazarda ən çox satılan avtomobillər isə ənənəvi olaraq yenə də Almaniya istehsalı olan avtomobillərdir. Xaricdən yeni gətirilən avtomobillərin qiyməti həddən artıq baha olduğuna görə isə bazarda tələbat əsasən ikinci əl avtomobillərədir.

a>