12.04.2017

Mahmud Əhmədinejad yenidən İran prezidenti olmaq istəyir

2005-2013-cü illərdə İran prezidenti olmuş Mahmud Əhmədinejad İran prezidentliyinə namizədliyini irəli sürdüyünü rəsmi olaraq açıqlayıb.

METBUAT.info TASS-a istinadən xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.

Məlumata görə, aprel ayının 12-də Mahmud Əhmədinejadın iki sabiq vitse-prezidenti işləmiş Həmid Bəqayi və Masud Zarifban da namizədliklərini irəli sürüblər.

Qeyd edək ki, İranda növbəti prezident seçkisinin bu il mayın 19-da keçirilməsi planlaşdırılıb.

a>