1.04.2017

Maarif Şikar: Xatırlayar ellər məni



“METBUAT.info” ya açıqlama verən Şair Maarif Şikar öz yaradıcılığı haqqında danışıb. Yaradıcılığa çox erkən yaşlarından başlamış, o dövrün mətbuat səhifələrində vaxtaşırı çıxışlar etmış, radionun “Poeziya dəqiqələridə” “Ana” verlişində şeirləri səsləndirilmişdir.


Əziz oxucular! Yenə görüşünüzə gəlmişəm. Söz adamı, yazar üçün bu görüş bir imtahana bənzəyir. Elə bir imtahana ki... Səmimiyyətimə inanın, mən ana Vətəni, torpağı, milləti sevən, halal zəhməti ilə yaşayan, əməksevər, işgüzar insanlara hörmət-diqqət edən, poetik hisslər, xoş duyğular sahibiyəm. Bu müqəddəs yolun yolçusu kimi məramım düzlük, saflıq, paklıq, aydın sabaha, xoş gələcəyə inamdır. Ömrümün qırx səkkiz ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişəm, şagird dünyasında şam kimi yanmışam. Tanrı verən ömür payımı gənclərə verməklə, onlarda Müstəqil Azərbaycana – Odlar yurduna məhəbbət, bizi yaşadan müqəddəs torpağa qayğı, sevgi hissləri aşılamışam. Elə yetirmələrim olub ki, nəinki respublika miqyasında, hətta Vətəndən uzaqlarda belə tanınmış, şan-şöhrət sahibləri olmuşlar. Həyata hazırladığım gəncləri həkim, müəllim, hüquqşünas... və başqa sənət peşə sahibləri etmişəm. İki şagirdim Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmışdır. Onlarla fəxr edirəm. Bu gün biz, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Necə ki, bir şeirimdə yazmışam:

Hələ ki, qurumayıb anaların göz yaşı,
Demək, başa çatmayıb Qarabağın savaşı,
Mübarizin, Fəridin sənsən məslək yoldaşı,
Vətən səni çağırır, Azərbaycan əsgəri!





a>