11.04.2017

Lapşin apellyasiya şikayəti verib

Blogger Aleksandr Lapşin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin həbs müddətinin uzadılması qərarından apellyasiya məhkəməsinə şikayət edib. 

METBUAT.info haqqin.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Eduard Çernin bildirib.

“Bakının 1 saylı təcridxanasında saxlanılan müvəkkilim həbs müddətinin 3 ay artırılması qərarından şikayət edib. Şikayətə yaxın 10-15 gün ərzində baxılacaq”, - Çernin deyib.

Qərar aprelin 7-də hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə iclasında bəyan edilib. A.Lapşinin həbsinin müddəti üç ay uzadılıb.

A.Lapşin 2016-cı ilin dekabr ayının 16-da Azərbaycan tərəfinin sorğusu ilə Minskdə saxlanılıb.