12.04.2017

Jirinovski Trampın impiçmenti şərəfinə şampan içməyi vəd edib

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Suriyada terrorizm ilə mübarizədə xarici siyasət ritorikasından uzaqlaşdığı üçün ABŞ prezidenti Donald Trampın qarşılaşdığı impiçmenti şərəfinə şampan içəcəyini vəd edib.

METBUAT.info bu barədə TASS-a istinadən xəbər verir.

“Amerikalıların yarısı fərqli xarici siyasətə səs vermişdilər. Tramp öz vədlərini pozur. Bu cür davam edərsə, o impiçmentdən yan keçə bilməyəcək. O zaman biz impiçment şərəfinə şampan içəcəyik”, - o, jurnalistlərə Rusiya-Amerika münasibətlərində yaranan vəziyyəti şərh edərkən bildirib.

2016-cı ilin noyabr ayında RLDP fraksiyası Trampın ABŞ prezidenti seçkilərində qalib gəlməsi xəbərindən sonra banket təşkil etmiş və bunu şampan içərək qeyd etmişdilər.