1.04.2017

İsrail polisi 17 yaşlı fələstinlini güllələyib

Qüds şəhərində üç nəfərə hücum edən 17 yaşlı fələstinli güllələnib.

METBUAT.info Report-a istinadən xəbər verir ki, şübhəli şəxs əvvəlcə küçədə iki dinc sakinə hücum edib.

Bundan sonra gənc oğlan polisdən qaçmağa çalışıb, lakin gizlənə bilmədiyini gördükdə isə bir polis zabitinə bıçaqla xəsarət yetirib. Nəticədə polisin həmkarı onu güllələyib.

Yaralı polis ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 18 və 23 yaşlarında olan daha iki dinc sakin isə yüngül xəsarət alıb.