2.04.2017

İrəvanda seçki qərargahında meyit tapıldı

Ermənistanın paytaxtı İrəvanda fövqəladə vəziyyət yaşanıb.

METBUAT.info-nun məlumatına görə saat 15:45 radələrində binalardan birində qadın cəsədi tapılıb. Məlum olub ki, meyiti tapılan şəxs 77 yaşlı Suzanna Harutyunyandır.

Araşdırmalara görə, qeyd edilən ofis bir müddət turizm şirkəti tərəfindən istifadə edilib. Lakin, bu günlərdə Ermənistan parlamentinə deputatlığa namizəd olan Arman Sahakyanın seçki qərargahı olaraq fəaliyyət göstərib.

Baş verən hadisədən sonra dərhal namizədin qərargahı oradan köçürülüb. (azvision.az)