9.04.2017

İntihara cəhd edən 21 yaşlı qızın faciəvi taleyi

Salyan rayonunun Noxudlu kənd sakini, 1996-cı ildə anadan olmuş Cahangirova Gülmira Qəhrəman qızı komatoz vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

METBUAT.info virtualaz.org-a istinadən xəbər verir ki, həkimlər aqonal vəziyyətdə olan xəstəyə bir neçə həb qəbul etdikdən sonra bu vəziyyətə düşdüyündən, medikamentoz zəhərlənmə diaqnozu qoyublar.

Bildirilir ki, Gülmira adında ailənin 2 qızı bundan əvvəl faciəvi şəkildə ölübmüş. Belə ki, illər öncə ailənin Gülmira adlı qızı körpə olarkən həyətlərindəki su kanalında boğularaq ölüb. Bundan sonra ailə yeni doğulan qızına yenə həmin adı verib. Amma bundan 2-3 il sonra həmin qızcığaz da körpə bacı və qardaşı ilə birgə evləri qarışıq yanaraq ölüb. Bir müddət sonra-1996-cı ildə anadan olmuş qıza yenə də Gülmira adı verilib.

Ailənin başına gələnlərdən qızın atası Qəhrəman artıq əsəb xəstəliyinə tutlubmuş və il yarım əvvəl xəstəlikdən dünyasını dəyişib. Elə Gülmira da ailələrinin başına gəlmiş faciələrdən sarsıntı keçirərək yaşamaq istəmədiyini deyirmiş. Bu səbəbdən o, evdə atasından qalmış psixotrop maddələrin bir neçəsini qəbul edərək intihar etməyə cəhd edib.

a>