11.04.2017

Gədəbəydə 27 yaşlı oğlan spirtli içkidən komaya düşdü

Həddən artıq spirtli içki qəbul edən Gədəbəy rayon sakini komaya düşüb.

METBUAT.info xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1990-cı il təvəllüdlü Süleymanov Elmir Namiq oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilsə də, koma vəziyyətindən, hələ ki, ayıltmaq mümkün olmayıb.

Məlumata görə, E.Süleymanov həddən artıq spirtli içki qəbul etdiyi üçün komaya düşüb.