1.04.2017

Ermənistanda “sükut günü”dür

Bu gün Ermənistanda parlament seçkilərinə görə “sükut günüdür”.

METBUAT.info Report-a istinadən xəbər verir ki, bu gün və sabah saat 20:00-dək ölkədə seçkilərdə iştirak edənlərə siyasi təbliğat qadağan olunub.

Məlumata görə, Ermənistanın əyalətlərində və Yerevanda seçkilərin keçirilməsi ilə bağlı 2009 seçki məntəqəsi təşkil edilib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri (VI çağırış) aprelin 2-də keçiriləcək.

a>