13.04.2017

Ermənistan silahlı qüvvələri Ağdamda hərbi təlim keçirir

Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçirir.

METBUAT.info-nun APA-ya istinadən xəbərinə görə, ermənilər bu gün saat 11:00-dan etibarən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb.

Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə, əsasən, ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir.

a>