10.04.2017

Ermənistan parlamenti yetərsay toplaya bilmir

Yetərsay olmadığından Ermənistan parlamentinin 5-ci çağırış 11-ci sessiyası keçirilməyib.

METBUAT.info Report-a istinadən xəbər verir ki, iclasda iştirak etmək üçün cəmi 16 deputat qeydiyyatdan keçib.

İnformasiyaya əsasən, sessiyanın keçirilməsi üçün 66 deputat iştirak etməlidir.

Qeyd edək ki, martın 20-23-də də yetərsay olmadığından parlamentin iclası baş tutmamışdı.

Ermənistanın yeni parlamentinin ilk iclası aprelin 27-də keçiriləcək.