3.04.2017

Ermənistan MSK: Parlamentə dörd partiya və blok keçir

Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə görə parlamentə 4 partiya və blok keçir.

METBUAT.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Hazırda 2009 məntəqədən 1501-nin protokolları MSK-ya daxil olub.

İlk yeri səslərin 49,32%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,67 %) qərarlaşıb. Bülletenlərin 64%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,39% səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,74%) qabaqlayıb.

Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.

a>