3.04.2017

Elza Seyidcahana yüksək vəzifə verildi?

Sosial şəbəkədə Əməkdar artist Elza Seyidcahan haqda yeni məlumat yayılıb.

METBUAT.info Metbuat.az-a istinadla xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri müğənninin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifəyə təyin edildiyini yazıblar. O, nazirliyin şöbə müdiri olduğu qeyd edilib.

Məsələnin dəqiqləşdirmək üçün Elza Seyidcahanla əlaqə saxlanılıb, lakin müğənni telefon zənglərinə cavab verməyib.

Gündəmi zəbt edən məsələyə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova aydınlıq gətirib. O, yayılan məlumatın şayiə olduğunu açıqlayıb.

a>