11.04.2017

Dövlət satınalmaları zamanı ən çox yol verilən nöqsanlar açıqlandı

Dövlət satınalmalarının keçirilməsi zamanı yol verilən nöqsanlar dövlət büdcəsindən maliyyələşən qurumlarda rast gəlinən xarakterik nöqsanlardandır. 2016-cı ildə Hesablama Palatasının nəzarət tədbirləri malların (işlərin və xidmətlərin) alınmasına yönəldilmiş 1 mlrd. 525 mln. manat vəsaiti əhatə edib.

METBUAT.info xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.

Həyata keçirilmiş satınalmaların 103,9 mln. manatı satınalma metodları tətbiq edilmədən, 15,1 mln. manatı isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə yerinə yetirilib.

Hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından alınmış kreditlər hesabına həyata keçirilən layihələr üzrə 106,6 mln. manat, 17,8 mln. dollar məbləğində vəsait malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilib. Bu vəsaitlərin icrası beynəlxalq təşkilatların müəyyən etdiyi satınalma qaydalarına uyğun həyata keçirilib.

Ötən il auditlə əhatə olunan və satınalma prosedurları tətbiq edilməklə keçirilmiş satınalmalar 1 mlrd. 421 mln. manat olmaqla 3459 satınalma müqaviləsini əhatə edib. Bu məbləğin 1 mlrd. 93 mln. manatı və ya 76,9%-i bir mənbədən satınalma, 202,1 mln. manatı və ya 14,2%-i tender, 82,1 mln. manatı və ya 5,8%-i təkliflər sorğusu və 43,8 mln. manatı və ya 3,1%-i isə kotirovka sorğusu metodları tətbiq edilməklə həyata keçirilmiş satınalma müqavilələrini təşkil edir.

Satınalma metodu tətbiq edilməklə manatla bağlanmış satınalma müqavilələrinin 40,2%-i tikinti, abadlıq və quruculuq işlərinin, 46%-i malların alışının və 13,7%-i isə göstərilən xidmətlərin payına düşür.

Təhlillər göstərir ki, qurumlar tərəfindən satınalmaların həyata keçirilməsi zamanı ən çox yol verilən nöqsanlar satın alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, tenderdə iştirak edən iddiaçıdan zəruri sənədlərin alınmaması, bank təminatı alınmadan avansın ödənilməsi, xüsusilə satınalma metodları tətbiq edilmədən və satınalma metodunun dəyişdirilməsi kimi nöqsanlardır.

Aparılmış təhlillər nəticəsində müəyyən olunub ki, audit olunan qurumlar tərəfindən 149 halda ehtimal olunan qiymət düzgün müəyyən edilməyib, 118 halda tenderdə iştirak haqqı alınmayıb, 86 halda tender komissiyasının fəaliyyəti müəyyən olunmuş qaydalara uyğun olmayıb (məsələn, komissiyanın tərkibi müvafiq qaydada formalaşdırılmayıb, zəruri hesabatlar tərtib edilməyib və s.), 171 halda iddiaçı kimi çıxış edən podratçılardan maliyyə vəziyyəti barədə sənədlər alınmayıb, 107 halda podratçının ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində müəyyən olunmuş tələblərə riayət edilməyib, 73 halda tender, təkliflər və kotirovka sorğusu barədə elanlar və nəticələr müəyyən edilmiş qaydada açıqlanmayıb, həmçinin müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində tələb olunan vaxtda və ya heç yerləşdirilməyib, 11 halda tender qalibi ilə müqavilə imzalanmayıb və 121 halda müqavilənin predmet və qiymətinin dəyişdirilməsinə yol verilib.

Dövlət satınalmaları keçirilən zaman qurumlar tərəfindən yol verilmiş əsas nöqsanlar:


















Cədvəldə əks olunmuş məlumatlara əlavə olaraq qeyd edək ki, “Azəriqaz” İB üzrə xarici valyuta ilə manat ifadəsində 57,2 mln. manat məbləğində satınalma “Dövlət satınalmaları haqqında” qanunda müəyyən edilməyən “seçmə qaydada müsabiqə” metodu tətbiq etməklə həyata keçirilib.

a>