8.04.2017

DİN mitinqlə bağlı bəyanat yayıb

Daxili İşlər Nazirliyi Milli Şuranın Bakıdakı mitinqi ilə bağlı bəyanat yayıb.

METBUAT.info xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:

“Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

a>