10.04.2017

“Coca-Cola”nın ekologiyaya vurduğu zərər açıqlandı

Böyük Britaniyanın “Independent” qəzeti “Coca-Cola”nın plastik şüşələrinin okeanlara təsirini müəyyən etmək üçün araşdırma aparıb. Qəzetin bu sahə üzrə müxbiri Tom Baydenə görə, şirkətin okeanlara verdiyi zərər “şokedici dərəcədədir”. 500 müxtəlif markaya sahib olan “Coca-Cola” hər il 100 milyarddan çox birdəfəlik istifadə olunan plastik şüşə satır.

METBUAT.info Virtual Azərbaycan-a istinadən xəbər verir ki, “Coca-Cola” 2010-cu ildə birdəfəlik istifadə edilən şüşələrin işlərini davam etdirmək üçün lazımlı bir model olmadığını söyləmişdi. “Coca-Cola” hər il nə qədər plastik şüşə istifadə etdiyinə dair bir açıqlama verməsə də, nəşrin araşdırması şirkətin hər saniyə 3500 birdəfəlik plastik şüşə satdığını göstərir.

Məsələ ilə bağlı Yaşıllar Partiyasının İngiltərədəki lideri Karoline Lukas qəzetə verdiyi açıqlamada “Coca-Cola”nın açıq-aşkar çirkləndirmə siyasəti real bir qalmaqaldır” ifadələrini işlədib. “Coca-Cola”nın plastik çirkləndirmə böhranındakı roluna baxmayaraq, məsuliyyət daşımaqdan yayınır, amma okeanlarımızın mədəsində “Coca-Cola” plastik şüşələrinə daha yer qalmadı”, - deyə “Greenpeace”in böyük okean kampanıyasının nümayəndəsi Louise Edge bildirib.





Araşdırmaya görə, şirkətin birdəfəlik istifadə olunan şüşələrinin yalnız 7 faizində geri qaytarılmış plastikdən istifadə olunur. Qəzetə açıqlama verən “Coca-Cola” nümayəndəsi isə “Grenpeace”ə paketləmə strategiyamız barədə danışarkən onlardan belə bir açıqlamanın gəlməsi bizi xəyal qırıqlığına uğratdı” deyib.

35 milyard funt sterlinq dəyərində dövriyyəyə sahib olan “Coca-Cola”nın ilik gəliri 6,5 milyard funt sterlinq təşkil edir. Özünü məsulliyyətli və ambisiyalı şirkət olaraq tanıtmaq istəyən “Coca-Cola” hər il 3,2 milyard funt sterlinq xərcləyir.

Qəzetin yazdığına görə, “Coca-Cola” hər gün dünya üzrə 1,9 milyon içki satır. Dünyada plastik çirklənmə səbəbiylə dəqiqədə bir yük maşını dolusu plastik qab okeanlara qarışır. Bu üzdən də dəniz quşlarının 90 faizinin mədəsində plastik şüşə aşkar edilir.