1.04.2017

Çində yük gəmisi körpüyə çırpılıb – VİDEO

Çinin cənubunda yerləşən Quandun əyalətində uzunluğu 98,8 metr, eni isə 15,6 metr olan gəmi körpüyə çırpılıb.

METBUAT.info “Report”-a istinadən xəbər verir ki, bu barədə yerli hökumət orqanlarına istinadən “Sinxua” məlumat yayıb.

Min tona yaxın yük daşıyan gəmi Lyansi körpüsünə dəyib. Nəticədə körpünün dayağı 1,6 metr irəli gedib.

İlkin məlumata görə, insident nəticəsində üç nəfər xəsarət alıb.

a>