3.04.2017

Çavuşoğlu: Türkiyə Azərbaycanla birgə Qafqazda mühüm oyunçu olmaq istəyir

Türkiyə Azərbaycanla birgə Qafqazda mühüm oyunçu olmaq istəyir.

METBUAT.info-nun Trend-ə istinadla verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, Türkiyə ümumilikdə dünyada vacib oyunçu olmağa səy göstərir:

“Biz dünyada bütün danışıqlar arenalarında olmaq istəyirik. Dünyanın hər yerində məzlumları və köməksizləri müdafiə etməyə çalışırıq”.

M.Çavuşoğlu bildirib ki, Türkiyə münaqişələrin nizamlanması, Suriyada müharibəyə son qoyulması və Balkan ölkələrinin inkişafı üçün fəaliyyət göstərir.