10.04.2017

Bəzi restoranlar yeni fırıldağa əl atırlar

“Azərbaycanda ətin qiyməti bahalaşdıqdan sonra restoranlar, xüsusilə, türk restoranları fırıldağa əl atıblar”.

METBUAT.info “Marja”ya istinadən xəbər verir ki, restoranlardan tez-tez istifadə edən Məhəmmədəli Qəribli “Facebook” səhifəsində yazıb ki, bu fırıldağı fərq etmək üçün diqqətlə fikir vermək lazımdır:

“Baxıb görürsən ki, yeməkləri 1 il əvvəl neçəyə satırdılarsa, indi də həmin qiymətə təklif edirlər.

Halbuki ərzaq və ətin qiymətinin bir neçə dəfə artması hazırlanan yeməklərin qiymətinin bahalaşmasını labüd edir.

Fırıldaq bundadır ki, əvvəlki qiymətə yemək satanlar “porsiya”larının çəkisini yarıya qədər azaldıblar. Belə nəticə hasil olur ki, siz əvvəlki pulu ödəməklə bir yox, yarı “porsiya” yemiş olursunuz.

Çoxları bunu hiss etmədən “insaflı adamdı, qiyməti əvvəlki kimi saxlayıb” deməklə təkrarən həmin məkanda yemək yeməyə üstünlük verir.

Əlaqədar qurumlar menyularda yeməklərin qiyməti ilə yanaşı, həm də çəkisinin yazılmasını təmin etməlidir ki, bizi aldatmasınlar”.