11.04.2017

Bulvarda gənc intihar etdi

Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində bir nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

METBUAT.info-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. Xilasedicilər 1994-cü il təvəllüdlü Həsənli İlham Səməndər oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

a>