1.04.2017

BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-a keçib

Aprelin 1-dən etibarən BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-a keçib.

METBUAT.info Report-a istinadən xəbər verir ki, quruma bir ay ərzində Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Nikki Heyli rəhbərlik edəcək.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın ölkəsinin BMT-yə maliyyəni azaldacağı haqqında xəbər yayılıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləridir. Digər 10 üzv isə qeyri-daimi üzvlərdir və onlar Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il 10 qeyri-daimi üzvdən beşi dəyişir.